
Gəncədə 7 yaşlı uşaq xəstəxanada öldü - YENİLƏNİB

Gəncədə xəstəxanada vəfat edən azyaşlının ölüm səbəbi açıqlandı.
Bu barədə Avtosfer.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Martın 19-u saat 23:00-da 2018-ci il təvəllüdlü şəxs (kişi cinsli) ağır vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub:
"Qaytarılmış qidanın və südün aspirasiyası, ağciyər və ürək çatışmazlığı, dəqiqləşdirilməmiş aplastik anemiya diaqnozları təyin edilən və serebral ifliclə yanaşı, digər xəstəlikləri olan pasiyentin göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, saat 03:20-də ölüm faktı qeydə alınıb", - deyə məlumatda qeyd olunub.
***09:09
Gəncədə azyaşlı xəstəxanada vəfat edib.
Avtosfer.az xəbər verir ki, hadisə Gəncə Şəhər Birləşmiş xəstəxanasının tabelyində olan Uşaq Xəstəxanasında baş verib.
Belə ki şəhər sakini 2018-ci il təvəllüdlü Ə. Abbasov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq azyaşılının həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə 7 yaşlı Ə.Abbasov serebral iflic xəstəliyindən əziyyət çəkirmiş.
Azyaşlının ölümü ilə bağlı araşdırma aparılır.(apa)