Gəncədə avtomobil 4 piyadanı vurdu - YENİLƏNİB
Hadisə
6 Oktyabr 2025 13:41
Oxunub 220

Gəncədə yol-nəqliyyat hadisəsində ölən və yaralananların şəxsiyyəti məlum olub.
Avtosfer.az xəbər verir ki, qəzada ölən 1959-cu il təvəllüdlü Q.Səfərovadır.
Həmçinin qəza nəticəsində 1987-ci il təvəllüdlü İ.Məmmədova, 2008-ci il təvəllüdlü P.Məmmədova, 2024-cü il N.Məmmədov xəsarət alıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən 4 piyadanı vurub. Qəzadan sonra avtomobil idarəetmədən çıxaraq divara çırpılıb. Ağır qəzada xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














