Gəncədə binada baş verən partlayışda ölən və yaralananların kimliyi məlum olub - FOTO

Gəncədə partlayış nəticəsində xəsarət alanların son durumu açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Avtosfer.az-a bildirilib ki, oktyabrın 18-də Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar üç nəfər (biri kişi, ikisi qadın cinsli olmaqla) saat 7:10-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.
"Onlara zəruri tibbi xidmətlər göstərilib. Bir nəfərin (kişi cinsli) vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə buraxılıb. İki nəfərin müalicəsi isə davam etdirilir, vəziyyətləri stabildir", - deyə məlumatda bildirilir.
**
Gəncədə 5 mərtəbəli yaşayış binasında partlayış nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, ölənlərdən biri 1960-ci il təvəllüdlü Mehriban Paşayevadır.
Hadisə nəticəsində xəsarət alanlar Əliyeva Nüranə Şahin qızı, 1999-cu il təvəllüdlü Yusibova Firuzə Ələkbər qızı və 1991-ci il təvəllüdlü Orucov Bəxtiyar Əsəd oğludur.
*** 07:47
Gəncədə yaşayış binasında baş verən partlayış zamanı ölənləri sayı artıb.
Məlumata görə, 5 mərtəbəli yaşayış binasında baş verən partlayış zamanı 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya aparılıb.
*** 07:22
Gəncədə binada partlayış baş verib.
Məlumata görə, hadisə şəhər ərazisində qeydə alınıb.
5 mərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində bir nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı bildirilir.
Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO














