Gəncədə dayanacaqda 2 "VAZ" və 1 "KamAZ" avtomobilləri yandı - VİDEO

Hadisə 27 Noyabr 2023 12:18 Oxunub 400
Gəncədə dayanacaqda 2 "VAZ" və 1 "KamAZ" avtomobilləri yandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gəncədə 3 avtomobil yanıb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə şəhərin Əbülülə Gəncəvi küçəsində baş verib. Həmin ünvanda yerləşən avtomobillər üçün dayanacaqda yanğın olub.

Yanğın zamanı orada olan iki "VAZ" markalı minik avtomobili və bir "KamAZ" yük avtomobili alışıb. 

Dərhal hadisə yerinə FHN-in Gəncə şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Dayanacağın digər  hissələri yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma başlanılıb və yanğının baş vermə səbəbləri müəyyən olunacaq.


 

Bizim.Media

ŞƏRH YAZ
Ad

E-mail

Şərh