Gəncədə dayısı və arvadını bıçaqlayan şəxs 19 il azadlıqdan məhrum edilib

Gəncə şəhərində iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Rəşad Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Müslümovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, o, 19 il müddətə azadlıqdan məhrum edilib. Rəşad Abbasov cəzasının 3 ilini həbsxanada qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə 2024-ci ilin noyabr ayında baş verib. İttihama görə, Rəşad Abbasov şəxsi münasibətlər zəmnində dayısı Elyar Hüseynovu və onun həyat yoldaşı Ulduz Hüseynovanı bıçaqlayıb. Onlardan Ulduz Hüseynova ölüb. R.Abbasova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 29,120.2.4, 29.120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












