
Gəncədə gənc oğlan dərmandan zəhərləndi - YENİLƏNİB

Gəncədən dərmandan zəhərlənən 22 yaşlı oğlanın vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, vəziyyəti qənaətbəxş hesab olunan şəxs ambulator müalicə üçün evə buraxılıb:
"Mayın 1-i saat 23:30 radələrində 2002-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Dərman zəhərlənməsi diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş hesab olunan şəxs ambulator müalicə üçün evə buraxılıb".
***09:18
Gəncədə 22 yaşlı oğlan dərmandan zəhərlənib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü Hümbət Məmmədli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.