Gəncədə klinika meyiti qaytarmır? - Mərhumun yaxınlarından ŞİKAYƏT

Gəncədə bir neçə gün əvvəl yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 1989-cu il təvəllüdlü Ayaz Məmmədov xəstəxanada dünyasını dəyişsə də, onun meyiti hələ də yaxınlarına verilmir.
Avtosfer.az xəbər verir ki, mərhumun qaynı Elçin Böyükkişiyevin Teleqraf-a bildirdiyinə görə, onlara A.Məmmədovun vəfat etməsi və onun nəşinin "DNK Hospital" özəl tibb müəssisəsindən götürülməsi ilə bağlı zəng olunub.
Lakin sonradan tibb müəssisəsindən bildirilib ki, xəstə ölməyib və onu yaxınlarına təhvil verə bilməzlər.
"İyul ayının 24-ü hadisə baş verib. Təxminən 4 min manat sığorta ödənişi edilib. 10 min manat da biz vermişik. Bizə günün birinci yarısında zəng gəldi ki, Ayaz Məmmədov dünyasını dəyişib, gəlin aparın. Sonradan isə deyirlər ki, ölməyib, sağdır. Xəstəxanada olan qohumlar Ayazın öldüyünü təsdiqləsələr də, klinika meyiti bizə vermir" - deyə E. Böyükkişiyev bildirib.
Axşam saatlarında tibb müəssisənin qarşısına mərhumun yaxınları toplaşıb və yaranan vəziyyətə etiraz ediblər.
Qeyd edək ki, A. Məmmədov iyulun 24-də yolu keçərkən "Mercedes-Benz" markalı avtomobil tərəfindən vurulub.
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO








