Gəncədə küçədə döyülən 18 yaşlı oğlan öldü - YENİLƏNİB

Hadisə 13 May 2025 10:26 Oxunub 650
Gəncədə küçədə döyülən 18 yaşlı oğlan öldü - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gəncə şəhərində ağır xəsarətlərlə xəstəxanaya gətirilən şəxs orada ölüb.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, ağır  xəsarət alan şəhər sakini 2007-ci il təvəllüdlü Elgün İbrahimov müalicə aldığı xəstəxanada ölüb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxlərin müəyən edilməsi üçün polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

***09:13

Gəncədə 18 yaşlı gənc oğlan naməlum şəraitdə ağır xəsarət alıb.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 2007-ci il təvəllüdlü Elgün İbrahimov ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Dərhal gənc oğlana xəstəxanada tibbi yardım göstərilib. O, reanimasiya şöbəsinə yerləşdirilib. E. İbrahimovun vəziyyətinin ağır olduğu bildirilir. Onun hansı səbəbdən ağır xəsarət alması hələlik məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh