Gəncədə qohumlar arasında DAVA: 1 nəfər güllələndi, 2 nəfər bıçaqlandı - FOTO - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Gəncədəki ölümlə nəticələnən kütləvi dava ilə bağlı açıqlama yayıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev feysbukda yazıb: “Gəncə şəhərində qohumlar arasında münaqişə baş verib. Bir nəfər ov tüfəngi ilə öldürülüb, iki nəfər bıçaq xəsarətlərindən xəstəxanaya yerləşdirilib. Münaqişənin borca görə baş verdiyi bildirilir. Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun birgə məlumatı olacaqdır”.
xxx
Gəncədə kütləvi dava zamanı ölən və xəsarət alanların adları məlum olub.
Hadisə zamanı 1980-ci il təvəllüdlü Əli Məmmədov qətlə yetirilib.
1986-cı il təvəllüdlü Kamal Bayramov və 1994-ci il təvəllüdlü Niyazi Bayramov bıçaqlanaraq ağır xəsarət alıblar.
Məlumata görə, qohumlar arasında baş verən davaya pul məsələsi səbəb olub.
Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunub. Zəruri əməliyyat-istintaq hərəkətləri yerinə yetirilir.
***
Gəncədə kütləvi davada qətlə yetirilən şəxs "Vinçester" markalı tüfənglə güllələnib.
***
Gəncədə kütləvi dava olub.
Hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb.
Dava zamanı bir nəfər güllənərək öldürülüb, iki nəfər bıçaqlanıb.
Bıçaqlanan şəxslər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
(apa)
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...
İşıqforu və hərəkətdəki maşınları gözardı edən qadın qəzadan güclə xilas oldu - VİDEO
Naxçıvanda maşınla vurulan gənc qız öldü - FOTO
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı
Bu görüntülərdəki hər kəs öldü – VİDEO
Üç yaşlı uşağın barmaqları dəmir qapı arasında qaldı - VİDEO
İsrail qaynaqları: "Xəmneyinin cəsədi müəyyən olunub" - SON ANDA
Tehrana güclü raket zərbəsi; maşınlar havaya uçdu - VİDEO










