Gəncədə peşə məktəbinin həyətində tələbənin meyiti tapıldı - YENİLƏNİB

Gəncədə peşə məktəbinin həyətində tələbənin meyitinin tapılması ilə bağlı rəsmi araşdırma başlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
"12 yanvar 2026-cı il tarixində Röyal Vüqar oğlu Bayramov səhər saatlarında təhsil aldığı Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində olarkən səhhəti qəfil pisləşib və huşunu itirərək yıxılıb. Hadisə dərhal qeydə alınıb, o, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırma aparılır.
Hadisənin təfərrüatı araşdırmanın nəticələrinə uyğun olaraq ictimaiyyətə açıqlanacaq", - deyə bildirilib.
***11:36
Gəncədə yeniyetmənin meyiti tapılıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən peşə məktəblərinin birinin həyətində qeydə alınıb.
Bu gün səhər saatlarında peşə məktəbinin həyətində 2008-ci il təvəllüdlü R.Bayramovun meyiti aşkarlanıb.
Onun peşə məktəbinin tələbəsi olduğu bildirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər.
İlkin məlumata görə, 18 yaşlı gənc ürək çatışmazlığından vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda DƏHŞƏT: Hərbi qulluqçu tanışını öldürdü
Təyyarədə çay içməyin, hətta əllərinizi də yumayın: "Zəhərli" su ilə bağlı şok ARAŞDIRMA
Ağdərədə minaya düşən şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Dəmir yolunda qayda pozan şəxsi qatar vurub öldürdü
Masallıda 9 kq narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO
Gəncədə sürücülər arasında dava düşdü – Biri digərinin burnunu sındırdı
Bakıda taksi sürücüləri müştəri üstündə dava etdilər — TƏFƏRRÜAT
Şamaxıda zəlzələ olub
Suya düşən maşındakı insanları xilas edən polis əməkdaşı imiş – VİDEO - YENİLƏNİB
Bakıda sürət yarışı keçirən “Mustang” və “BMW” sürücüləri tutuldu - Məhkəmə cəzalandırdı
Səkidən qəfil yola çıxan qadınlar sürücünü çətin vəziyyətdə qoydu - VİDEO











