Banner

Gəncədə qadın sürücü kuryerə hücum etdi, polis hərəkətə keçdi - VİDEO

Hadisə 5 Dekabr 2025 21:00 Oxunub 482
Gəncədə qadın sürücü kuryerə hücum etdi, polis hərəkətə keçdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gəncə şəhərində qadın sürücü ilə kuryerin küçədə dava etməsi ilə bağlı görüntülər yayılıb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, görüntüdə 90-NY-810 dövlət nömrə nişanlı "Chevrolet Cruz" markalı avtomobilin qadın sürücüsü mopedlə hərəkətdə olan gənc kuryerə hücum edir, onu döyməyə çalışır və ünvanına nalayiq ifadələr işlədir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılır:

"Məsələyə hüquqi qiymət veriləcək".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh