Gəncədə qaz balonu partlayıb, xəsarət alan var

Hadisə 28 Sentyabr 2024 10:42 Oxunub 140
Gəncədə qaz balonu partlayıb, xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gəncədə maye qaz balonun partlaması zamanı yaşlı kişi yanıq xəsarətləri alıb.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstün qəsəbəsində qeydə alınıb.

Partlayış nəticəsində həmin ərazidə yaşayan 1958-ci il təvəllüdlü Yaşar Vəliyev yanıq xəsarətləri alıb. Yanıq xəsarətləri alan V.Vəliyev xəstəxanaya çatırılıb.

Dərhal 66 yaşlı kişiyə tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

İlkin məlumata görə, 66 yaşlı kişi  maye qaz bolunu ilə heyvan başı və ayağı təmizləyən zaman partlayış baş verib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh