Gəncədə qaz sızmasından partlayış oldu - Xəsarət alan var

Gəncədə evdə qaz sızmasından partlayış olub.
Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Bakı şəhər sakini 1960-cı il təvəllüdlü Eldar Həsənov yanıq xəsarəti ilə xəstəxanya yerləşdirilib. Onun Bakıdakı Yanıq Mərkəzinə göndərilməsi nəzərdə tutulub.
İlkin məlumata görə, E.Həsənovun yaşadığı evin hamamında qaz sızması nəticəsində su qızdırıcısı partlayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
TƏBİB-dən bildirilib ki, fevralın 11-də saat 00:30 radələrində 1960-cı il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə sifətin, hər iki əlin II dərəcəli termiki yanıq diaqnozu ilə hospitalizasiya olunub.
Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












