Gəncədə şagirdlər arasında dava olub, xəsarət alan var: DİN hərəkətə keçdi - YENİLƏNİB

Hadisə 16 Aprel 2024 14:30 Oxunub 296
Gəncədə şagirdlər arasında dava olub, xəsarət alan var: DİN hərəkətə keçdi - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gəncə şəhərində 16 yaşlı şagirdə kəsici alətlə xəsarət yetirilməsi ilə bağlı polis araşdırmalara başlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb. Tezliklə məsələyə hüquqi qiymət veriləcək.

14:14

Gəncədə şagirdlər arasında dava olub, xəsarət alan var.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən “Report”un Qərb bürosuna bildirilib ki, aprelin 16-da 4-cü dərs saatından sonrakı tənəffüs zamanı sanitar qovşaqda Gəncə şəhər A.Ələsgərli adına 36 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əziz Vəliyev sinif yoldaşı Oruc Quliyevin ayaq hissəsinə kəsilmiş şüşə parçası ilə xəsarət yetirib.

“Oruc Quliyevi xəstəxanaya aparıblar, vəziyyəti normaldır. Hazırda Gəncə şəhəri üzrə təhsil sektoru və hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər”, - məlumatda qeyd olunub.

14:08

Gəncə şəhərində 16 yaşlı şagirdə kəsici alətlə xəsarət yetirilib.

“Report”un məlumatına görə, 2008-ci il təvəllüdlü O.Quliyev ayağından xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, O.Quliyevə təhsil aldığı məktəbdə oxuyan digər şagird tərəfindən xəsarət yetirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh