Gəncədə şagirdlər dönərdən zəhərləndi - YENİLƏNİB

Gəncədə dönərdən zəhərlənən məktəblilərin kimliyi məlum olub.
Avtosfer.az xəbər verir ki, zəhərlənənlər 2015-ci il təvəllüdlü F. İsmayılov, 2015-ci il təvəllüdlü X. Tağıyeva, 2014-cü il təvəllüdlü Ə. Zeynalov, 2015-ci il təvəllüdlü N. Məmmədova, 2015-ci il təvəllüdlü A. Məmmədzadə, 2014-ci il təvəllüdlü T. Cəfərzadə, 2015-ci il təvəllüdlü H. Huseynli və 2015-ci il təvəllüdlü Ə. Mirzəyevdir.
Zəhərlənən şagirdlərin vəziyyətləri normaldır. Xatırladaq ki, zəhərlənən məktəblilər Gəncə şəhər M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri olub. Onlar dərsdən sonra zəhərləniblər. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
***
Gəncədə dönərdən zəhərlənmə hadisəsi olub.
Avtosfer.az xəbər verir ki, 7 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, zəhərlənən şəxslər Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləridir. Onlar dönər yedikdən sorna özlərini pis hiss ediblər.
Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.














