Gəncədə sinif rəhbəri şagirdi döyüb? - AÇIQLAMA - FOTO

Gəncədə sinif rəhbəri 5-ci sinif şagirdini döyüb.
Avtosfer.az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya azyaşlının babası Ələddin Hüseynov müraciət edib.
Onun sözlərinə görə, hadisə Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdə baş verib. Ə. H.-nin sinif rəhbəri, Cavid adlı müəllim tərəfindən döyüldüyü deyilir:
“Bu, ilk hadisə deyil, daha öncə də nəvəm həmin müəllim tərəfindən döyülüb. Tualetdə “niyə direktora demisən?” söyləyərək uşağı bir daha döyüb. Başını bir neçə dəfə divara çırpıb. Uşaq əli üstə yerə yıxılıb və əzilib. Hazırda əlinə sarğı qoyulub. Bütün gecəni başının ağrısından dayana bilməyib. Səhəri gün məktəbə getdik, müəllimdən uşağı niyə vurmasının səbəbini soruşduq. Kollektivin qarşısında bizə “vurmuşam, yaxşı eləmişəm” dedi”.
Ə. Hüseynovun sözlərinə görə, nəvəsi insidentdən sonra məktəbə getməyib. Baş verən halla bağlı polisə məlumat verilib.
Sadalanan ittihamlarla bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, faktla bağlı araşdırma aparılıb:
“34 nömrəli məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası ilə bağlı vətəndaş müraciəti edilib. Müraciət əsasında həm Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, həm də hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”.


Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












