Gəncədə tələbə qızlar dəm qazından zəhərləndilər - YENİLƏNİB

16.02.2026-cı il tarixində saat 03:20 radələrində zəhərlənmə şübhəsilə 3 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəznində olan Akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Avtosfer.az-a bildirilib ki, dəm qazının toksiki təsiri diaqnozu təyin olunan pasiyentlərə zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş hesab edilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
***09:41
Gəncədə zəhərlənmə hadisəsi baş verib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü F.Həsənova, 2006-cı il təvəllüdü İ.Mollayeva və 2005-ci il təvəllüdlü N.Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, hər 3 şəxs Zaqatala rayon sakinidir, onların tələbə olduqları bildirilir.
Zəhərlənən şəxslər yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü










