Gəncədə toyda bıçaqlanma - Saxlanılan var - YENİLƏNİB

Gəncədə toy mərasimində bıçaqlanan şəxsin son vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, oktyabrın 19-da saat 22:00-da 2000-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Döş qəfəsinin açıq yarası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır", - deyə məlumatda bildirilir.
***09:48
Gəncə şəhərində toy mərasimində qonağı bıçaqlayan şəxs saxlanılıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı, Daşkəsən rayon sakini Sənan Bağırov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***19 oktyabr, 23:58
Gəncədə baş verən hadisə təfərrüatları araşdırır.
Avtosfer.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, cinayət hadisəsi üzrə polis əməkdaşları tərəfindən araşdırılır. Təqsirli şəxsin müəyyən olunub istintaqa təhvil verilməsi üçün tədbirlər görülür.
Cinayətin qəsd, yaxud ehtiyatsızlıqdan baş verməsi istintaq predmetidir.
***22:59
Gəncədə bıçaqlanma olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, şəhər sakini 2000-ci il təvəllüdlü A.Hüseynov bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal o əməliyyat edilib.
Hadisənin səbəbləri araşdırılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












