Gəncədə narkokuryer 20 kiloqramdan heroinlə tutuldu - FOTO - VİDEO

Hadisə 27 İyun 2024 09:17 Oxunub 248
Gəncədə narkokuryer 20 kiloqramdan heroinlə tutuldu - FOTO   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gəncədə saxlanılan narkokuryerdən külli miqdarda heroin aşkarlanıb DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş Rafael Zeynalov saxlanılıb. Ondan 20 kq 755 qram “heroin” aşkar edilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, R. Zeynalov İran vətəndaşları ilə sosial şəbəkə vasitəsi ilə əlaqə yaradaraq ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Gəncə şəhəri ərazisində gizlədilən narkotiki öz istifadəsi, eləcə də satış üçün əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul və narkotik müqabilində həyata keçirdiyini bildirib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh