Gəncədə yeniyetmə dəm qazından zəhərləndi - YENİLƏNİB

Hadisə 31 Mart 2025 15:08 Oxunub 682
Gəncədə yeniyetmə dəm qazından zəhərləndi   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola|

Ötən gün xəstəxanaya yerləşdirilən 2011-ci il təvəllüdlü F.Səfərovanın son durumu açıqlanıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, 30.03.2025-ci il tarixində saat 21:10-da 2011-ci il təvəllüdlü şəxs (qadın cinsli) dəm qazının toksiki təsiri diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Ona zəruri tibbi yardım göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - məlumatda deyilir.(oxu.az)


***30 mart, 23:45
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.

2011-ci il təvəllüdlü F.Səfərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal yeniyetmə qıza yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, F.Səfərova yaşadığı evin hamam otağında zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh