
Gəncədəki xəstəxanada oksigen balonu yandı - YENİLƏNİB

11.06.2025-ci il tarixində saat 10:50 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada oksigen kompressorunda nasazlıq yaranıb, hazırda bərpa işləri davam etdirilir.
TƏBİB-dən Avtosfer.az-a bildirilib ki, hadisə ilə əlaqədar 2 pasiyent Akademik Z.Məmmədov adına xəstəxanaya təxliyə edilib, müalicələri davam etdirilir.
Əlavə edək ki, Abbas Səhhət adına xəstəxanada tibbi xidmətlərin göstərilməsində fasilə yaranmayıb.
12:18***
Gəncədə xəstəxanada oksigen balonu yanıb.
Avtosfer.az xəbər verir ki, hadisə Abbas Səhhət adına 1 saylı Xəstəxanada qeydə alınıb.
Hazırda xəstəxananın Reanimasiya şöbəsində olan xəstələr Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 saylı Xəstəxanaya köçürülür. İlkin məlumata görə, təxminən 10-dan artıq xəstə artıq təxliyə olunub.
Bildirilib ki, Abbas Səhhət adına Xəstəxanaya elektrik enerjisi verilişi dayandırılıb, həmçinin bəzi xidmətlər göstərilmir.
Əlavə məlumat veriləcək.