Kanalizasiyaya düşərək ölən Cümşüdün anası: "Oğlumun yasını vermək əvəzinə qaynımın Novxanıdakı bağında yeyib-içdilər" - VİDEO

Bakının Nərimanov rayonunda "Baksol" yolu ərazisində 27 yaşlı Cümşüd Cümşüdlünün faciəli ölümündə təqsirli bilinən Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmə prosesində təqsirləndirilən və zərərçəkən tərəf ifadə verib.
Avtosfer.az report-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə əvvəlcə təqsirləndirilən Azər Cümşüdov sualları cavablandırıb.
Onun sözlərinə görə, hadisə baş verən ərazidə çökmə 2025-ci ilin mayın 14-də baş verib:
"Çökmə baş verən ərazidən bir kilometr kənarda bərpa işləri görürdük. Bizə çökmənin baş verməsi barədə məlumat verildi. Buna görə də həmin əraziyə yollandıq, oranı məhəccərə aldıq, qadağan olunmuş nişanlar qoyduq. Amma orada iş görülməsi üçün bizə heç bir göstəriş verilməyib. Bizim xidməti vəzifəmiz qəza bərpa işlərini görməkdir. Amma orada iş görmək üçün iş əmri açılmayıb, bizə iş görmək üçün heç bir göstəriş verilməyib. İyun ayının 4-ə kimi məlum hadisə baş verən yerdən bir kilometr kənarda gördüyümüz işin yekunlaşdırdıq. Sonra bizə dedilər ki, sizin üçün daha orada görəcək işiniz yoxdur, oradan gedin. Bizdə oradan ayrıldıq. Çöküntü baş verən ərazi qaldı, biz orada heç bir iş görmədik. İş görmək üçün heç bir iş əmri də olmayıb".
Qeyd edək ki, 2025-ci il iyunun 26-da paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşərək ölən 27 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cələb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.Xatırladaq ki, ailənin yeganə övladı olan Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra - iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.
Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.
Xatırladaq ki, Cümşüd Cümşüdlü "Sab Azərbaycan"nın əməkdaşı olub.
Bakıda narkotacirlərin saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO
Bakıda 18 nömrəli avtobuslar yolda qaldı - SƏBƏB
DTX-dan ƏMƏLİYYAT: Müharibədə iştirak edənlər saxlanıldı
Skuterlə yolu kor-koranə keçən oğlan avtobusa çırpıldı - ANBAAN VİDEO
77 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ
Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB
Bakıda "Mercedes" yandı
Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO
Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış - DİN-dən AÇIQLAMA
Xaçmazda yük maşını piyadanı vuraraq öldürdü
Qızıl almaq istədiyini deyib soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO










