Gənclər şəhərciyində evdə yanğın olub, 15 nəfər təxliyə edilib - VİDEO

Paytaxtın Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən yeni tikili yaşayış binasında yanğın baş verib.
Hadisə nəticəsində iki azyaşlı tüstüdən zəhərlənib.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyi və təcili yardım əməkdaşları cəlb olunub. Uşaqlara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya aparılıb.
Alovun digər mənzillərə keçməsinin qarşısı alınıb. Yanğının başvermə səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yeddimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. FHN-dən Avtosfer.az-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, habelə digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində yeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96 kv.m olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 16 kv.m sahədə yanıb. Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 15 nəfər bina sakini təxliyə edilib. Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.
***
Binəqədi rayonu, Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində yerləşən mənzillərin birində yanğın başlayıb.
Avtosfer.az xəbər verir ki, hadisə barədə məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO








