Gənclərin öldüyü partlayışa görə ev sahibi cəzalandırıldı

Sabunçu rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada 2 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az xəbər verir ki, hadisə ilə bağlı partlayış baş verən mənzilin sahibi Rima Ağalarova cəzalandırılıb.
Səhlənkarlığa yol verən mənzil sahibinə qarşı Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma-ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
O, cəzasını məntəqə tipli müəssisədə çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Bildirilib ki, partlayışa R.Ağalarovanın kirayə verdiyi evdə qaz xəttinin açıq olması səbəb olub. Qaz kranının kim tərəfindən açıq saxlanması isə müəyyənləşməyib.
Həmçinin qeyd edilib ki, partlayış nəticəsində bina sakinlərinə ümumilikdə 160 min manatdan artıq ziyan dəyib.
Qeyd edək ki, hadisə 2023-cü ilin mayında Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Qaz sızmasından baş verən partlayış zamanı kirayəşin 26 yaşlı Elnur Əsgərov və 23 yaşlı İlahə Qarayeva ölmüş, bir neçə nəfər xəsarət almışdı.(qafqazinfo)
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












