“Gənclik Mall”un qarşısında “Prius” sürücüsü qadını vurub qaçdı - REAL VİDEO

Hadisə 24 İyul 2024 16:00 Oxunub 1546
“Gənclik Mall”un qarşısında “Prius” sürücüsü qadını vurub qaçdı    - REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda piyadanın vurulmasıyla nəticələnən yol qəzası anbaan kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl Nərimanov rayonu Fətəli xan Xoyski küçəsində (“Gənclik Mall” ticarət mərkəzinin qarşısı) qeydə alınıb.

Hərəkətdə olan “Toyota Prius” markalı avtomobilin sürücüsü yolu təyin olunmamış yerdən qaçaraq keçən qadını vurub. Sürücü son anda sola manevr etsə də qəzadan yayına bilməyib. Əksinə o, yola yıxılan qadına dəyərək piyadanı bir neçə metr kənara atıb. Zərbənin təsirindən qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sürücü isə dayanmadan hadisə yerini tərk edib. 

Qeyd edək ki, ərazidə yeraltı piyada keçidi var.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh