Generalın adından istifadə edib 75 min mənimsədi - HƏBS EDİLDİ

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib.
Avtosfer.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmuş Elşən Məmmədov (şərti) Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə qarşısına çıxarılıb.
Məlum olub ki, təqsirləndirilən şəxs Bakının Maştağa qəsəbəsində yaşayıb, ferma işlədib. O, restoranda bir neçə gömrük işçisi ilə tanış olduqdan sonra ona müraciət edən şəxsləri Dövlət Gömrük Komitəsinə işə düzəldəcəyini vəd edib.
Təqsirləndirilən şəxs Saranı Bakı Baş Gömrük İdarəsinin rəisi vasitəsilə Dövlət Gömrük Komitəsinə işə düzəldəcəyinə söz verib.
Lakin Dövlət Gömrük Komitəsinə işə düzəlməyin xərcinin çox olduğunu, Fövqəladə Hallar Nazirliyində isə R rütbəsi ilə 9000 manata işə düzəldə biləcəyini deyib. Sara ona inandığından 2024-cü ilin iyul ayının sonunda ilkin olaraq 2000 manatı bir neçə dəfə Elşənin kartına göndərib.
Lakin sonra Elşən Saranın Dövlət Gömrük Komitəsinə işə düzəldilməsi ilə bağlı danışıqlar apardığını və razılıq aldığını deyərək bu məqsədlə 2024-cü ilin avqust ayından 2025-ci ilin fevral ayının sonunadək, eləcə də 2025-ci ilin iyun ayından avqust ayının əvvəlinədək olan müddətdə hissə-hissə zərərçəkmiş qadından ümumilikdə 50 min manat civarında pul alıb.
Hətta zərərçəkmiş qadını inandırmaq üçün ona Dövlət Gömrük Komitəsinə aid qadın geyim formasını da verib.
Elşən bununla kifayətlənməyərək zərərçəkmiş qadının Tofiq Qənbərov adlı oğlunu hərbi xidmətdən saxlatdırmaq adı ilə 2025-ci ilin mart ayında Saradan hissə-hissə olmaqla 24 min manat pul alıb.
Lakin 2025-ci ilin aprel ayının sonlarında Tofiq hərbi xidmətə göndərildikdən sonra zərərçəkmiş qadın və ailəsi hüquq-mühafizə orqanlarına müraciət edib.
Sonda məlum olub ki, Elşən Saranı aldadaraq ümumilikdə 74 900 manat pulunu ələ keçirib.
74 991,99 manat məbləğində maddi ziyanın və 315 manat məbləğində ödənilmiş dövlət rüsumunun təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmişə ödənilməsi barədə qərar verilib.
Məhkəmənin hökmü ilə Elşən 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Ətrafı çirkləndirən "Ford" sürücüsünə DYP-dən REAKSİYA - VİDEO
Piyadalar yola atıldı, sürücü son anda təhlükədən yayındı - VİDEO
Yolun ortasını səkiyə çevirən piyada avtomobillərə məhəl qoymadı - VİDEO
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə NAZİRLİKDƏN REAKSİYA - VİDEO
Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı - VİDEO - YENİLƏNİB
Bakıda maşında qadın DÖYÜLDÜ
Bakı-Ələt yolunda "Formula yarışı": Plastik maneələr sürücülərə təhlükə yaradıb - VİDEO
Taksidə söyüş söyüb pulu ödəmədən getdilər - BAKIDA - VİDEO
Xırdalanda “Hyundai” yandı - VİDEO
Paytaxtda dəhşətli qəza: ÖLƏN VAR
Bakıda yaşayış binasında yanğın olub - VİDEO










