Göldə çantada uşaq başı tapıldı - YENİLƏNİB

Rusiyanın paytaxtı Moskvada başı gölməçədə, bədəni isə Balaşixadakı mənzildə tapılan altı yaşlı oğlanın anası onu öldürdüyünü etiraf edib.
Avtosfer.az TASS-a istinadən, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.
"Dindirilmə zamanı qadın uşağını öldürdüyünü etiraf edərək, təqsirini boynuna alıb, lakin onu öldürməsinin motivlərini izah edə bilməyib", - məlumatda qeyd olunub.
***16 noyabr, 23:51
Moskvadakı Qolyanovski gölündə çantada uşaq başı tapılıb.
Avtosfer.az xəbər verir ki, dalğıclar hazırda göldə uşağın cəsədinin digər qalıqlarını axtarırlar.
Öldürülən oğlan uşağının 7 ilə 10 yaşları arasında olduğu və bir neçə gün əvvəl öldürüldüyü ehtimal olunur.
Moskva İstintaq Komitəsi qətl maddəsi ilə cinayət işi açıb, araşdırma aparır./apa














