Göldə iki dənizçi həlak olub

Almaniyanın cənubunda, İsveçrə və Avstriya ilə sərhəddəki Boden gölündə təşkil edilən “Regatta der Eisernen” yarışına qatılmaq üçün səyahət edən iki alman dənizçi həlak olub.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, göldə çevrilmiş qayığın və daha sonra iki dənizçinin cəsədinin tapılmasından sonra yarış ləğv edilib. Polis 38 və 39 yaşlı iki dənizçinin olduğu yelkənli qayığın gölün İsveçrə sahillərinə yaxın hissəsində qəzaya uğradığını bildirib.
Hadisə ilə əlaqədar Almaniya, İsveçrə və Avstriyanın xeyli sayda gəmi və fövqəladə hallar qurumlarının briqadaları əraziyə cəlb olunub. Qəza ilə bağlı təhqiqat aparılır.
Qeyd edək ki, 1975-ci ildən etibarən keçirilən “Regatta der Eisernen” Avropada daxili su hövzələrində təşkil olunan ən böyük yarışlardan biridir. Hər il bu yarışda iştirak etmək üçün Almaniya, İsveçrə və Avstriyadan ümumilikdə 200-dən çox qayıq cəlb olunur.
Alp dağlarının ön ətəyində yerləşən Boden gölü hava şəraitinin dəyişkən olması ilə əlaqədar dənizçilər və digər su idman növlərinin həvəskarları üçün təhlükəli ərazi hesab edilir. Belə ki, Alp dağlarından gələn isti hava axınları burada qəfil qasırğaların yaranmasına səbəb olur.
Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı
Muzeydən milyonlarla dəyəri olan nadir eksponat oğurlandı
Xırdalanda yolu qazıb yarımçıq qoydular – Sürücülər çətinlik çəkir - VİDEO
Maşınların arasından çıxan piyada qəzadan güclə qurtuldu - VİDEO
Psixoloq fəaliyyəti ilə bağlı AEM-dən mühüm açıqlama: Sənədlərə diqqət EDİN
Bakıda məktəbli öldürüldü: Sinif yoldaşı tutuldu
Abşeronda toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır
Sükan arxasında sərxoş tutulan nazir həm avtomobilindən, həm də vəzifəsindən oldu
Bu ölkədə cərimə yol vergisindən daha səmərəlidir
Heyvanı buynuzundan bağlayıb başıaşağı saxladı: “Onsuz da kəsiləcək” - VİDEO
Öz kefi ilə hərəkət edən skuter sürücüsü az qala piyadanı vuracaqdı - VİDEO












