Goranboyda 36 yaşlı qadın öldürülüb, əri saxlanılıb – HADİSƏNİN TƏFƏRRÜATI - FOTO

Goranboy rayonunda 38 yaşlı Maşallah Əliyevin həyat yoldaşını qısqanclıq zəminində bıçaqlayaraq qətlə yetirməsinin bəzi detallar məlum olub.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisəni törədən şəxsin anası Bülbül Əliyeva bildirib ki, oğlu həyat yoldaşı İlhamə Tağıyevanın başqa şəxslərlə yazışdığını aşkar edib:
“Bir ay əvvəl oğlum gəlinin başqa şəxslərlə danışdığını öyrənib. Oğlum bunu tutandan sonra gəlinin ata-anasına xəbər verdi, onlar da qızlarını aparıb. Daha sonra qızın xalası xahiş elədi ki, 3 uşağın xətrinə bağışlasın. Oğlum da bağışladı, gəlin evə qaytarıldı. Amma dünən gecə oğlum yenidən yazışmaları tutub”.
Bülbül Əliyeva deyib ki, hadisədən ailə üzvləri toyda xəbər tutublar:
“Bu gün qardaşım oğlunun toyu idi. Toyda xəbər gəldi ki, oğlum arvadını bıçaqlayıb. Evə gələndə gəlinimin artıq öldüyünü gördük. Polis də hadisə yerinə gəldi. Mən hər şeyi gəlinin atasına olduğu kimi danışdım”.
Onun sözlərinə görə, İlhamə Tağıyeva iki nəfərlə yazışırmış:
“Oğlum gəlinin telefonunda biri bacım oğlu, digəri isə qonşu kənddən olan bir şəxslə yazışmalarını və səs yazılarını tutub. Oğlum bu məsələni namusuna sığışdırmayıb və hadisəni törədib”.
Məlumata görə, cütlüyün 2 oğlu və 1 qızı var. Hadisə baş verən zaman ər-arvad evdə tək olublar.
***
Goranboyda qətl hadisəsi baş verib. Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb. Kənd sakini 1989-cu il təvəllüdlü İ.Tağıyeva bıçaqlanaraq qətlə yetirilib. Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində İ. Tağıyevanı kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, həyat yoldaşı 38 yaşlı Maşallah Əliyev saxlanılıb. Araşdırmalar davam etdirilir.




Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












