Goranboy sakini bıçaqlandı - Ata-oğul tutuldu - YENİLƏNİB

22.04.2026-cı il tarixində saat 21:40 radələrində müəyyən xəsarətlər almış 1980-ci il təvəllüdlü şəxs (kişi) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, ona sağ qulağın arxa nahiyəsinin kəsilmiş yarası, sağ və sol biləyin kəsilmiş yarası diaqnozu təyin olunub.
Pasiyentə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
***09:54
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S. Alıyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 21 yaşlı İbrahim Ələsov və onun atası 46 yaşlı Aynur Ələsov saxlanılıb.
Avtosfer.az xəbər verir ki, faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir
***09:09
Goranboy sakini olan 46 yaşlı kişi kəsici-deşici alətdən xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, hadisə rayon ərazisində baş verib.
Belə ki, rayon sakini 1980-ci il təvəllüdlü S.Alıyev müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Dərhal 46 yaşlı kişiyə yardım edilib, hazırda onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, xəsarət alan S.Alıyevə Kəlbəcər rayon sakinləri - 1980-ci il təvəllüdlü A.Ələsov və onun oğlu 2005-ci il təvəllüdlü İ.Ələsov kəsici-deşici alətlə xəsarət yetiriblər.
Məlumata görə, hadisə tərəflər arasında şəxsi münasibətlər zəminində baş verib. Əraziyə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır./unikal
Mən məcbur deyiləm sənin uşağının səsini eşidim - AVTOBUSDA DAVA - VİDEO
Sürücülər arasında dava – Ailəsinin yanında vurub qaçdı - VİDEO
Uşaqları dərsdən götürməyə getmişdilər, parkinqə görə dava düşdü - VİDEO
Otuz il əvvəl törədilmiş qətlin üstü açıldı - 2 nəfər həbs edildi
Hərəkətdə olan maşınların qarşısına çıxan piyada barmaqla yol istədi - VİDEO
Masazırda məktəblilər gölləri birləşdirib sosial şəbəkədə yaydı - VİDEO
Novxanı yol kənarında ölmüş itlər tapılıb - VİDEO
Xırdalanda qadına qarşı zorakılıq: Saçından tutub... - VİDEO
Polis təqib zamanı qeyri-adi hadisə ilə üzləşdi - VİDEO
Dayanacaqda avtobus gözləyən kişi qəfil vəfat etdi - VİDEO
Metro stansiyaların fəaliyyəti tam bərpa edildi - RƏSMİ - YENİLƏNİB










