Avtoxuliqanlıq edib qəza törətdi, hadisə yerindən qaçdı, həbs edildi - VİDEO

Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (ŞBPİ DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayon sakini Ümid Məmmədovun VAZ-2106 markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınması və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub.
Həmin şəxs barəsində DYPB-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib. Məhkəmənin qərarı ilə Ü.Məmmədov sürücülük hüququndan bir illik məhrum edilməklə 25 gün inzibati qaydada həbs edilib.
Bakıda yol çökdü – FOTOLAR
Zabrat yolunda "BakuBus" batdı - VİDEO
Bakının məşhur bazarını su basdı - VİDEO
Rəşad Baxşəliyev son mənzilə yola salındı - FOTO
Parkinq avtomatlarından 1,9 milyon oğurlandı – Evli cütlük həbs olundu
Gəncədə avtomobillərin hərəkəti çətinləşdi: Yağan güclü yağış ... - FOTOLAR
MEDİA tanınmış jurnalistin ölümü ilə bağlı başsağlığı verdi
Qazi jurnalist Rəşad Baxşəliyev vəfat etdi
Avtomobildə sıxılı vəziyyətdə qalan qadın belə xilas edildi - VİDEO
Ağdamda minaya düşən Ceyhunun - FOTOsu
Baş İdarə əməliyyat keçirdi – Həbs olunanlar var - FOTO










