Goranboyda “VAZ-la “Mercedes” toqquşdu; 1 ölü, 2 yaralı vat - YENİLƏNİB
Hadisə 25 Fevral 2022 22:57 Oxunub 1368
Goranboyda “VAZ-la “Mercedes” toqquşdu; 1 ölü, 2 yaralı vat - YENİLƏNİB

Goranboyda baş verən qəzada ölən şəxsin kimliyi məlum olub. Avtosfer.az-ın məlumatına görə, ölən şəxs rayonun Alpot kənd sakini, 1966-cı il təvəllüdlü Salahov Zərdabidir. 1958-ci il təvəllüdlü Etibar Hüseynov və onun övladı 1984-cü il təvəllüdlü Turac Hüseynov xəsarət alıblar.

***

Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Avtosfer.az xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun Goranboy rayonundan keçən hissəsində "Mercedes" və "VAZ" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü T.Hüseynov və 1958-ci il təvəllüdlü E.Hüseynov müxtəlif xəsarətlər alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh