
Goranboyda iki nəfər bıçaqlandı - YENİLƏNİB

24.05.2025-ci il tarixində xəsarət alması səbəbi ilə iki nəfər (kişi cinsli) şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Avtosfer.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlara sol boyun nayihəsinin kəsilmiş yarası, kürək və bel nayihəsinin kəsilmiş yaraları diaqnozu təyin edilib.
Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
***15:20
Goranboyda iki nəfər kafedə bıçaqlanıb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.
Belə ki, kənddə yerləşən kafelərin birində kənd sakinləri - 1985-ci il təvəllüdlü Zaur Muradov və 1987-ci il təvəllüdlü İsmayıl Məmmədov bıçaq xəsarəti ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yaralılara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Araşdırma zamanı məlum olub ki, Z.Muradov və İ.Məmmədovu aralarında yaranmış münaqişə səbəbindən 1981-ci il təvəllüdlü Vüsal Sarıyev bıçaqlayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Fakt araşdırılır.