Goranboyda məktəbli qız qaçırıldı - Araşdırma başlandı - YENİLƏNİB
Goranboyda şagirdin qaçırılması ilə bağlı araşdırma başlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis mayoru Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
***
Goranboyda 10-cu sinif şagirid olan qız evlənmək məqsədi ilə qaçılıb.
Avtosfer.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Goranboy şəhərində baş verib. Belə ki, 10-cu sinif şagirdi olan qız 21 yaşlı sevdiyi oğlan tərəfindən qaçırılıb. Dərhal hadisə ilə bağlı Goranboy rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya və rayon polis şöbəsi araşdırmaya başlayıb.
Qeyd edək ki, qaçırılan məktəbli Goranboy şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdidir.
(unikal)