Banner

Goranboyda qardaş bacısının boğazını kəsdi - YENİLƏNİB

Hadisə 31 May 2025 11:20 Oxunub 480
Goranboyda qardaş bacısının boğazını kəsdi   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

31.05.2025-ci il tarixində saat 06:50 radələrində 1987-ci il təvəllüdlü şəxs (qadın cinsli) boğazın kəsilmiş yarası diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Bu barədə Avtosfer.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi Cərrahiyyə şöbəsində aparılır.

***09:11
Goranboyda qadın bıçaqlanıb.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Nizami kəndində baş verib.

Kənd sakini 1987-ci il təvəllüdlü G.Nəcəfova boğazının bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Xəsarət alan qadına yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, qadını qardaşı 1993-cü il təvəllüdlü S.Nəcəfov bıçaqlayıb.

Faktla bağlı araşdırmaya başlanıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh