Goranboyda qaynını bıçaqlayan şəxs tutuldu - YENİLƏNİB

Goranbanboyda 47 yaşlı Tərtər sakininin bıçaqlanmasının bəzi detalları məlum olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisəni törədən Naftalan şəhər sakini 33 yaşlı Natiq Əliyev öz qardaşının qayını olan Tərtər rayonun Sarov kənd sakini 47 yaşlı Cahid Huseynovla mübahisə edib. Mübahisə zamanı Natiq Əliyev qohumu olan Cahid Huseynova bıçaqla xəsarət yetirib. Hadisəyə səbəb isə bıçaqlanan Cahid Hüseynov hadisəni törədən Natiq Əliyevin qardaşının ünvanına nalayiq sözlər deməsi olub. Hazırda faktla bağlı Goranboy rayon polis şöbəsində araşdırma aparılır.
***09:16
Goranboyda 47 yaşlı kişini bıçaqlayan şəxs tutulub.
Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
Qurumun əməkdaşının sözlərinə görə, polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində C.Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Naftalan şəhər sakini, 33 yaşlı N.Əliyev saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
***
Goranboyda 47 yaşlı kişi qaynı tərəfindən bıçaqlanıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Tərtər rayon sakini, 1979-cu il təvəllüdlü C.Hüseynov qarının kəsilmiş-deşilmiş bıçaq xəsarəti diaqnozu ilə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, C.Hüseynov qayını tərəfindən bıçaqlanıb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO












