Göyçay sakininin tövləsi, avtomobili, qab-qacağı yandı - FOTO

Göyçay rayonunun Çərəkə kəndində güclü yanğın hadisəsi baş verib. Hadisə nəticəsində kənd sakini, 56 yaşlı Şirinov Sahib Mikayıl oğluna məxsus əmlaka ciddi ziyan dəyib.
Avtosfer.az xəbər verir ki, yanğın ilkin olaraq həyətdə yerləşən 200 kvadratmetrlik tövlədə başlayıb. Alov qısa zamanda genişlənərək ümumi sahəsi 300 kvadratmetr olan talvara keçib. Nəticədə talvarın yanar konstruksiyaları, orada dayanan “Ford Transit” markalı yük avtomobili, tövlənin içərisində olan ot bağlamaları, elektrik generatoru və toy sifarişləri üçün nəzərdə tutulmuş qab-qacaq tamamilə yanaraq külə dönüb. Tövlənin 100 kvadratmetrlik hissəsi isə alovdan mühafizə olunub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun genişlənməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB















