Göyçayda avtomobil yanıb - VİDEO
Hadisə 12 Noyabr 2022 10:59 Oxunub 254
Göyçayda avtomobil yanıb  - VİDEO

Göyçayda avtomobil yanıb.

“Report”  xəbər verir ki, hadisə ötən gecə saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayon sakini Əliyev Natiq Şükür oğluna məxsus "Kia Sorento" markalı minik avtomobili alışaraq yanmağa başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Dövlət Yanğından Mühafizə hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa zamanda söndürülüb və ətrafa keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh