Göyçayda gənc qız qızdırmadan ÖLDÜ - YENİLƏNİB

Göyçayda xəstəxanada vəfat edən gənc qızın ölüm səbəbi açıqlanıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
"2006-cı il təvəllüdlü şəxs (qadın cinsli) aprelin 4-ü saat 00:22-də təcili tibbi yardım avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım bölməsinə hospitalizasiya olunub.
Aparılmış instrumental və laborator müayinələrin nəticəsinə görə, pasiyentə dəqiqləşdirilməmiş dəmir defisitli anemiya, hipotoniya diaqnozu təyin edilib və o, Reanimasiya şöbəsinə yerləşdirilib.
Bütün zəruri tibbi yardımlara və reanimasiya tədbirlərə baxmayaraq, saat 12:35-də həmin şəxsdə bioloji ölüm baş verib.
Ölümün ilkin səbəbi kimi naməlum mənşəli sepsis, septik şok, kəskin ağciyər, ürək çatışmazlığı qeyd olunur", - deyə məlumatda qeyd olunub.(oxu.az)
***12:05
Göyçayda gənc qız qızdırmadan ölüb.
Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, Hüngütlü kənd sakini 19 yaşlı Ayson Samir qızı Abdullayeva qızdırma ilə əlaqədar xəstəxanaya yerləşdirilib və orada ölüb.
Məlumata görə, mərhum dəmir defisitli anemiya xəstəliyindən əziyyət çəkib.
Faktla bağlı araşdırma aparılır.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












