Banner

Göyçayda təcili yardım maşını üç ağır xəstəni eyni vaxtda aparıb? – ŞİKAYƏT - VİDEO

Hadisə 6 Noyabr 2024 22:12 Oxunub 200
Göyçayda təcili yardım maşını üç ağır xəstəni eyni vaxtda aparıb? – ŞİKAYƏT - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Göyçayda fəaliyyət göstərən təcili yardım maşını ilə bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb. Avtosfer.az xəbər verir ki, videoda vətəndaş təcili yardım maşınında eyni anda üç ağır xəstənin aparılmasından gileylənib.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.az-a bildirilib ki, noyabrın 4-də saat 13:00-da Göyçay Rayon Mərkəzi Xəstəxanasının göndərişinə əsasən, iki pasiyentin Bakı şəhərində yerləşən tibb müəssisələrinə aparılması ilə bağlı çağırış icra olunub:

"Həmin pasiyentlərdən biri travmatoloji xəstə olduğu üçün arxa salonda xərəkdə uzanmış vəziyyətdə yerləşdirilib, digər pasiyentdə isə klaustrofobiya (qapalı məkan qorxusu) olduğuna görə avtomobilin arxa salonunda oturmaqdan imtina edib və istisna hal olaraq ön oturacaqda əyləşib. Qeyd edək ki, bu ambulanslar bir oturaq və bir uzanıqlı pasiyentin köçürülməsi üçün komplektasiyaya malikdir. Onu da bildiririk ki, hər iki pasiyentin həyati təhlükəsi olmayıb və yolboyu müvafiq tibbi yardım göstərilərək, göndərişlərinə uyğun Bakı şəhərindəki tibb müəssisələrinə yerləşdirilib".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh