Yasda evin eyvanı uçdu: 5 qadın yaralandı - YENİLƏNİB

Hadisə 8 Aprel 2025 11:53 Oxunub 292
Yasda evin eyvanı uçdu: 5 qadın yaralandı   - YENİLƏNİB
Wha|

Göyçay rayonunda yas mərasimi zamanı evin eyvanı uçub, 8 nəfər xəsarət alıb. 

TƏBİB-dən Avtosfer.az-a bildirilib ki, aprelin 7-də saat 13:00 radələrində Göyçay rayonunun Qarayazı kəndində yas mərasimi zamanı eyvanın aşması nəticəsində xəsarət alan 8 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasının təcili yardım bölməsinə hospitalizasiya olunub.

Onlardan 1966, 1963, 1973, 1969, 1976, 1960 və 1962-ci il təvəllüdlü 7 nəfərə (qadın) ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Digər 1973-cü il təvəllüdlü qadın isə çoxsaylı sınıqlar və onurğa zədəsi diaqnozu ilə ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub.

***10:18
Göyçayda yas mərasimində evin eyvanı uçub.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Vahidov Fərahim İsrafil oğluna məxsus evdə qeydə alınıb.

Yas mərasimində iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvan uçub. 

Nəticədə, 1978-ci il təvəllüdlü Həşimova Mətanət Ağakərim qızı, 1969-cu il təvəllüdlü Vahidova Kəmalə Həşim qızı, Göyçay rayonu, Qarayazı kənd sakinləri 1966-cı il təvəllüdlü Cabbarova Saxanım Suru qızı, 1966-cı il təvəllüdlü Məmmədova Nazilə Məzahir qızı və 1963-cü il təvəllüdlü Əliyeva Susaxan Suru qızı həmin eyvandan yıxılaraq müxtəlif bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh