Göyərtəsində siyasətçilərin olduğu təyyarə digər laynerlə toqquşub

ABŞ-ın Vaşinqton şəhərinin “Ronald Reyqan” aeroportunda amerikalı siyasətçilərin olduğu təyyarə başqa bir laynerlə toqquşub. Hadisədən sonra təyyarələrdəki sərnişinlər təxliyə edilib.
Avtosfer.az xəbər verir ki, “Axious” portalı bu barədə ABŞ-ın Federal Mülki Aviasiya Administrasiyasına istinadla məlumat yayıb.
Məlumata görə, aprelin 10-da təyyarələrdən biri digərinin qanadını qırıb. Biri Nyu-Yorka, digəri isə Cənubi Karolina ştatının Çarlston şəhərinə uçan hər iki təyyarə “American Airlines” aviakompaniyasına məxsusdur.
Sərnişinlər arasında ABŞ Konqresinin yeddi üzvünün olduğu bildirilir.
“Ronald Reyqan” aeroportu sıxlığına görə ABŞ-ın ən mürəkkəb hava limanlarından biri sayılır. Yanvarın 29-da məhz bu hava limanı üzərində hərbi helikopterlə sərnişin təyyarəsi toqquşmuş və nəticədə 67 nəfər həlak olmuşdu.
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO
Bakıda piyada özünü avtomobilin önünə atdı - VİDEO
Sabirabadda "Prado" qadını vurub ÖLDÜRDÜ
Bakıda avtobus piyadanı vurdu












