Banner

Göygöldə dəhşət: 4 nəfər dəm qazından boğulub öldü - YENİLƏNİB

Hadisə 5 Mart 2025 10:46 Oxunub 196
Göygöldə dəhşət:  4 nəfər dəm qazından boğulub öldü - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə martın 5-i saat 7:50-də Göygöl rayonu, Aşıqlı kəndindən çağırış daxil olub".

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

"Təcili tibbi yardım briqadası tərəfindən dörd nəfərin (bir kişi və üç qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb".(oxu.az)

***

Göygöldə dəm qazından boğularaq ölən şəxslərin kimlikləri məlum olub.

Avtosfer.az xəbər verir ki, ölənlər 1999-cu il təvəllüdlü S.Hüseynli, 2000-ci il təvəllüdlü M.Hüseynova, 2004-cü il təvəllüdlü X.Hüseynova (1 qardaş və 2 bacı) və 1990-cı il təvəllüdlü S.Müseyibovadır.

Faktla bağlı araşdırma aparılır.

***

Göygöldə 4 nəfər dəm qazından zəhərlənərək ölüb.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndində baş verib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh