Göygöldə ölümlə nəticələnən zəhərlənmə hadisəsində adı keçən preparat barədə RƏSMİ MƏLUMAT

Hadisə 30 Avqust 2024 16:06 Oxunub 190
Göygöldə ölümlə nəticələnən zəhərlənmə hadisəsində adı keçən preparat barədə RƏSMİ MƏLUMAT
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Niastol" adlı məhsul Dərman Vasitələrinin Dövlət Reyestrində qeydiyyatdan keçməyib və idxalına icazə verilməyib".

Avtosfer.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, "Niastol" adlı kimyəvi preparat baytarlıqda mal-qaranın dezinfeksiyasında istifadə edilir.

Xatırladaq ki, Göygöl rayonunun Balçılı kənd sakinləri, 1961-ci il təvəllüdlü qadın və üç azyaşlı nəvəsi dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlardan biri, 2014-cü il təvəllüdlü A.Orucovanın həkiməqədər ölüm faktı qeydə alınıb.

İlkin məlumata görə, onlar "Niastol" adlı preparatdan zəhərləniblər.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh