Göygöldə selin apardığı iki nəfərin meyiti tapıldı - YENİLƏNİB - VİDEO

Hadisə 26 May 2023 08:45 Oxunub 516
Göygöldə selin apardığı iki nəfərin meyiti tapıldı  - YENİLƏNİB - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Göygöl rayonunun Topalhəsənli kəndində iki nəfəri sel aparmasının görüntüləri yayılıb. 

Avtosfer.az həmin görüntüləri təqdim edir:

***

Göygöldə selin apardığı 2 nəfərin meyiti tapılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Avtosfer.az-a bildirib ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları baş çatıb.

Onun sözlərinə görə, səhər saatlarında Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində hər 2 şəxsin meyitinin tapılması barədə Gəncə Şəhər Baş Polis İdarəsinə və Göygöl Rayon Polis Şöbəsinə məlumat daxil olub:

“Dərhal polis əməkdaşları hadisə yerinə gələrək hər iki şəxsin meyitini çıxararaq müvafiq ekspertizaya təqdim ediblər. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir”.

***

Göygöl Rayon Polis Şöbəsinə rayonun Topalhəsənli kəndində intensiv yağan yağışlar nəticəsində yaranan sel axınına 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun düşərək axıb getməsi barədə məlumat daxil olub.

Bunu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

Onun sözlərinə görə, hazırda həmin şəxsin yerinin müəyyən olunması istiqamətində axtarış işləri davam etdirilir

ŞƏRH YAZ
Ad

E-mail

Şərh