“Gözəllik kraliçası”nın ayağına daş asıb dənizə atdılar

Filippinin keçmiş “Gözəllik kraliçası” qətlə yetirilib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, keçmiş model Acquene Arradaza mağazadan çıxarkən silahlı şəxslər tərəfindən qaçırılıb. Daha sonra qadının meyiti dənizdə əlləri və ayaqları bağlı halda, ayağına daş asılmış vəziyyətdə tapılıb. Onun cəsədini bir neçə gün sonra sahildə balıqçılar tapıb və polisə məlumat veriblər. Polis cəsədin boynunda velosiped zəncirinin olduğunu bildirib. Səlahiyyətlilər hadisənin məqsədyönlü və planlı hücum olduğunu bildiriblər. Buna isə Arradazanın daha əvvəl 2012-ci ildə “Miss Matag-ob” müsabiqəsindəki qələbəsi və son illərdə həmin hadisənin sosial mediada sensasiya yaratması əsas gətirilib. Qeyd edək ki, bu, “gözəllik kraliçaları”nın hədəf alındığı ilk sui-qəsd hadisəsi deyil. İyun ayında Ekvadordan olan keçmiş “gözəllik kraliçası” Parraga Qoyburo avtomobildə səyahət edərkən güllələnərək öldürülmüşdü.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












