"Greencard Azerbaijan"ın direktoru hakim qarşısına çıxarıldı

Avropa ölkələri ilə yanaşı bir çox ölkələrə iş vizası düzəltmək adı ilə 200 nəfərdən artıq şəxsi aldadaraq onların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Rüfət Piriyevin ilk məhkəmə hazırlıq iclası keçirilib.
Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirildikdən sonra onun haqqında seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.
Məhkəmənin növbəti iclası oktyabrın 30-a təyin olunub.
Qeyd edək ki, "Abroad" MMC-nin rəhbəri və "Greencard Azerbaijan" şirkətinin direktoru kimi tanınan Rüfət Piriyev dələduzluqda ittiham olunur. Çoxsaylı şikayət əsasında Rüfət Şahin oğlu Piriyev barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. O, məhkəmənin qərarı ilə axtarışa verilmişdi.
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO












