"Greencard Azerbaijan"ın rəhbəri saxlanıldı - FOTO - VİDEO

Hadisə 9 Yanvar 2024 21:51 Oxunub 924
"Greencard Azerbaijan"ın rəhbəri saxlanıldı  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xarici ölkələrə viza düzəltmək adıyla vətəndaşlara qarşı çoxsaylı dələduzluq əməllərində şübhəli bilinən Rüfət Piriyev polis əməkdaşları tərəfində müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyindən Avtosfer.az-a bildirilib ki, onun barəsində qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, "Abroad" MMC-nin rəhbəri və "Greencard Azerbaijan" şirkətinin direktoru kimi tanınan adıçəkilən şəxs barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə cinayət işi açılıb.

Saylarının 200 nəfərdən çox olduğunu bildirən şikayətçilər R.Piriyevin ABŞ və Kanadaya köçmək, orada şirkətlərin qurulması və digər vədlərlə onlardan pul aldığını, lakin vədinə əməl etmədiyini, pulları da geri qaytarmadığını bildiriblər.

Bildirək ki, greencard.az saytında "Greencard Azerbaijan"ın şirkət olaraq "Abroad"MMC-yə məxsus olduğu, rəsmi dövlət qeydiyyatından keçdiyi yazılıb.

***

Sosial şəbəkələrdə “Abroad” MMC-nin rəhbəri və “Greencard Azerbaijan” şirkətinin direktoru kimi tanınan Rüfət Piriyev barəsində çoxsaylı şikayətlər yayılır.

Şikayətçilər R.Piriyev tərəfindən aldadılaraq külli miqdarda vəsaitlərinin ələ keçirildiyini iddia edirlər. Saylarının 200 nəfərdən çox olduğunu bildirən şikayətçilər R.Piriyevin ABŞ və Kanadaya köçmək, orada şirkətlərin qurulması və digər vədlərlə onlardan pul aldığını, lakin vədinə əməl etmədiyini, pulları da geri qaytarmadığını bildiriblər.

Şikayətçilərdən biri isə bir neçə ay əvvəl R.Piriyevi paytaxt ərazisində aldığı pulları qaytaracağı ilə bağlı danışdıraraq çəkdirdiyi videonu paylaşıb. Həmin şəxs bu videodan sonra da pullarını ala və Rüfəti tapa bilmədiyini deyib.

Əldə etdiyimiz məlumata görə, çoxsaylı şikayətlər əsasında Rüfət Şahin oğlu Piriyev barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə cinayət işi açılıb. O, məhkəmənin qərarı ilə axtarışa verilib.

Qeyd edək ki, greencard.az saytında "Greencard Azerbaijan"ın şirkət olaraq "Abroad"MMC-yə məxsus olduğu, rəsmi dövlət qeydiyyatından keçdiyi yazılıb. (qafqazinfo)

 



ŞƏRH YAZ
Ad

E-mail

Şərh