Güclü qar dam örtüyünü avtomobilin üzərinə aşırdı – FOTO - VİDEO

Hadisə 27 Fevral 2025 18:36 Oxunub 308
Güclü qar dam örtüyünü avtomobilin üzərinə aşırdı – FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ şəhəri, Məcid Mərdanov küçəsində güclü qar səbəbindən köməkçi tikilinin dam örtüyünün avtomobilin üzərinə aşması barədə məlumat daxil olub.

Avtosfer.az FHN-ə istinadən xəbər verir ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunublar.

Xilasedicilər müvafiq vasitələrlə avtomobili çökmüş dam örtüyünün altından çıxararaq sahibinə təhvil veriblər.

Qəbələdə güclü qarla bağlı dam örtüyü avtomobilin üzərinə aşıb - VİDEO Qəbələdə güclü qarla bağlı dam örtüyü avtomobilin üzərinə aşıb - VİDEO

ŞƏRH YAZ
Ad

E-mail

Şərh