Güllələnən müəllimin vəziyyəti açıqlandı - 29 yaşı var - YENİLƏNİB

Hadisə 6 Fevral 2026 11:41
Güllələnən müəllimin vəziyyəti açıqlandı - 29 yaşı var  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün saat 09:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu İdrak liseyindən çağırış qeydə alınıb.

Bu barədə Avtosfer.az-a TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb.

Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

***11:18

Bakıda, "İdrak" liseyində şagirdi tərəfindən güllələnən riyaziyyat müəlliməsi Şəhla Kamilovadır.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə tənəffüs vaxtı baş verib.

Baş Prokurorluq da Bakıda liseydə şagirdin müəlliməni güllələməsi ilə bağlı məlumat yayıb.

Bildirilir ki, fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfində tutulub.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.

Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilərək müvafiq tibb müəssisəsi tərəfindən müalicəsi aparılır.

***11:07

Xəbər verdiyimiz kimi,  "İdrak" liseyində şagird müəllimini güllələyib.

Xəsarət alan qadın riyaziyyat müəllimi  Ş.K  Kliniki Tibbi Mərkəzə yerləşdirilib

***10:54

Xəbər verdiyimiz kimi, İdrak Liseyində şagird müəllimini güllələyib.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, xəsarət alan qadın riyaziyyat müəllimi  Ş.K  Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Vəziyyəti ilə bağlı yaxın dəqiqələrdə açıqlama veriləcək.

Oxunub 242
ŞƏRH YAZ
Ad

E-mail

Şərh